Baş Prokurorluq noyabrın 30-da Xızıda qəzaya uğrayan helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrlərini açıqlayıb. Baş Prokurorluqdan verilən məlumatda deyilir: “Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub”. Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi yaralanıb.