Sərhədçimiz yaralandı, cinayət işi açılıb

Mart ayının 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Nəsibli Elvin Bəxtiyar oğlu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

DSX-dən verilən xəbərə görə, hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb və hərbi prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.

Əvvəlki məqalə

“Instagram”ın Azərbaycanda bazar payı artıb

Sonrakı məqalə

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib