DTX əməliyyatçıları İmişli İcra Hakimiyyətinin binasına daxil olublar –İcra başçısı saxlanıldı

Mötəbər mənbələrdən Musavat.com-a verilən xəbərə görə, bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olublar.

Xəbər verilir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetndə axtarış aparırlar.

Qeyd edək ki, İmişli rayon İH-in başçısı Vilyam Hacıyevdir.

V.Hacıyev uzun müddətdir ki, İmişliyə rəhbərlik edir.

Onun haqqında ölkə mediasında müxtəlif vaxtlarda qalmaqallı yazılar dərc olunub.

İH başçısının və müavinlərinin sonrakı taleyi haqqında məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putinin Kim Çen Inı təltif etdiyi medal Şimali Koreya XİN başçısına təqdim olunub

Sonrakı məqalə

Daha 6 rayonda kasıbların yardım payını oğurlayan vəzifəli şəxslər tutuldu –