Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat məbləğində vəsait köçürülüb.
Həmin vəsaitin köçürülməsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının könüllü istəyi ilə onların aylıq pul təminatı hesabına həyata keçirilib.