“Dualarımız sizinlədir!” –

ivanka tramp

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Tramp Ukraynanı dəstəklədiyini bəyan edib və Lvov, Sumı, Kiyevə bir milyon paylıq qida yardımı göndərib.

Azpost.info xəbər verir ki, bu barədə o, “İnstaqram” səhifəsində məlumat verib.

“Son bir neçə gündə biz Kiyev, Lvov və Sumıdakı ukraynalılara 1 milyon pay yemək göndərdik. Bu yeməyi ehtiyacı olanlara çatdırmaq üçün həyatlarını riskə atan keşişlərə, ravvinlərə və yük maşını sürücülərinə təşəkkür edirik. Bu yeməklərlə Rusiyanın təcavüzündən haqsız yerə əziyyət çəkən ukraynalıları kiçik bir rahatlıq və qida ilə təmin edəcəyimizə ümid edirik. Ukrayna xalqı, siz bizim qəlbimizdə, dualarımız sizinlədir. Zorakılıq və çətinliklər qarşısında göstərdiyiniz cəsarət bizə ilhamdır. Vətəninizi və azadlığınızı qorumaq üçün göstərdiyiniz qəhrəmanlıq döyüşündə Allah sizi qorusun”, – İvanka Tramp bildirib.

Azpost.info