Dubay Əmirliyində COVID-19 pandemiyasının rekord həddə çatması ilə əlaqədar xəstəxanalarda cərrahiyyə əməliyyatlarının aparılması dayandırılıb, eyni zamanda bütün əyləncə məkanları və ticarət mərkəzləri bağlanılıb.
Dubay Səhiyyə Departamenti son sutkada 3500 nəfərin yeni növ koronavirusa yoluxduğunu açıqlayıb. Bundan sonra əmirliyin ərazisində bütün turizm obyektləri, o cümlədən əyləncə məkanları və ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Pandemiyanın ən yüksək həddə çatmasının əsas səbəbi Yeni il ərəfəsində Dubaya minlərlə turistin axını olub. Əmirliyin Turizm Departamenti bəyan edib ki, şənliklər zamanı şəhər sakinləri və turistlərin əksəriyyəti otel və restoranlarda karantin qaydalarına əməl etməyib. Yanvarın 21-dən restoranların fəaliyyəti dayandırılıb və onlar müştərilərin sifarişlərini onlayn qəbul edib hazırladıqları yeməkləri ünvana çatdıraçaqlar.