Dubayda dünyanın kətan üzərində ən böyük rəsmi 62 milyon dollara satılıb

Dubaylı rəssam Saşa Cəfrinin kətan üzərində yaratdığı dünyanın ən böyük rəsm əsəri 62 milyon dollara satılıb.

AZƏRTAC xəbər verir ki, 17 min kvadratfut (1579 kvadratmetr) sahəsi olan kətan üzərində çəkilən “Bəşəriyyətin səyahəti” adlı bu nəhəng tablo 70 hissəyə bölünərək hərraca çıxarılıb.

Hərracdan sonra keçirilən mətbuat konfransında bəyan edilib ki, rəssam satışdan əldə etdiyi gəliri UNESCO, UNICEF və “Dubai Cares” təşkilatlarının xeyriyyə tədbirlərinə sərf edəcək.

“Palm in Dubai” incəsənət mərkəzində keçirilən xeyriyyə hərracından sonra jurnalistlərə müsahibə verən rəsm əsərinin alıcısı Andre Abdun qeyd edib ki, uşaqlıq illərində ailəsi aclıq keçirib və həyatının amalı öz atasına, uşaqlarına xidmət etmək olub. O əlavə edib ki, satışdan əldə olunan gəliri kimsəsiz və yoxsul uşaqlar üçün xərcləmək barədə rəssam Saşa Cəfri ilə razılaşıb.

Hərracda satılan rəsm əsəri, həmçinin kətan üzərində ən böyük tablo kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə terror aktı planlaşdıran İŞİD üzvü həbs edilib

Sonrakı məqalə

Dünyanın qəbul etdiyi Qalib Ordu