Dumanın komitə sədri general Surovikinin harada olduğunu- AÇIQLADI

Rusiya Duması Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Aerokosmik Qüvvələrin baş komandanı general Sergey Surovikinin niyə gözdən itdiyi ilə bağlı sualı cavablandırıb.

Azpost.info xəbər verir ki, “SHOT” Telelqram kanalı yazır ki, komitə sədri Surovikinin istirahətdə olduğunu, dincəldiyini bildirib.

“Surovikin indi istirahət edir”, – Kartapolov deyib.

İyunun 29-da – “Vaqner”in qiyam cəhdindən bir neçə gün sonra, “Financial Times” Aerokosmik Qüvvələrinin Baş Komandanının saxlanıldığını bildirdi. “Bloomberg” agentliyi isə generalın saxlanılmadığını, hərbi prokurorluqda dindirildiyini yazdı.

Azpost.info

Əvvəlki məqalə

Yayda uşaqlar necə qidalanmalıdır?

Sonrakı məqalə

“Gölün yaradılması razılaşdırılmayıb, sionid təsirinə qarşı vacib işlər görülməyib” –