Dumanın spikerindən Gürcüstan prezidentinə müraciət:

“Rus xalqından üzr istə!”
15 Oktyabr 2019 - 13:31

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyadan və rus xalqından üzr istədikdən sonra iki ölkə arasında olan münasibətlərin bərpasını müzakirə edə bilərik”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İsveçrənin Fedreal Məclisinin sədri Jan Rene Furne ilə görüşü zamanı deyib.

Volodinin sözlərinə görə, güclü adam səhv etdiyi zamanı üzr istəməyi bacarır.  O həmçinin deyib ki, Moskva Gürcüstanla hava mübadiləsini bərpa etmək niyyətində deyil.