Qırğızıstan Prezidenti:“Azərbaycanın Türk Şurasına sədrliyi dövründə irəliləyişə nail olacağıq”

“Qırğızıstanın Türk Şurasına sədrliyi başa çatır. Qırğızıstanın sədrliyi dövründə Özbəkistan təşkilata tamhüquqlu üzv olub, Macarıstana müşahidəçi statusu verilib”.

APA-nın xəbərinə görə, bunu Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Qırğızıstanın Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu xatırladan Prezident bildirib ki, Türk Şurasına üzv dövlətlərin Ümumi Daxili Məhsulu (ÜDM) 1,5 trilyon dollar təşkil edir.

S.Jeenbekov qeyd edib ki, Qırğızıstan Türk Şurasında sədrliyi Azərbaycana ötürür: “Mən fəxrlə qeyd etmək istəyirəm ki, Azərbaycan dünya siyasətində vacib yer tutur. Biz qardaş Azərbaycanın Türk Şurasına sədrliyi dövründə iqtisadiyyat, nəqliyyat və digər sahələrdə irəliləyişə nail olacağımıza inanıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Göygöl DYP-yə yeni rəis təyin olunub

Sonrakı məqalə

Dumanın spikerindən Gürcüstan prezidentinə müraciət: