Dünən həbsdən çıxan kişi arvadını döydü, evi yandırdı –

Masazırda hadisə
19 Mart 2021 - 23:18

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın hadisəsi baş verib.

Hadisəni törədən şəxs Şükürov Ramin yaşadığı evə gəlib həyat yoldaşı Şükürova Mətanəti döyərək ona ağır xəsarət yetirib.

Daha sonra o, evi yandıraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb edilib. Yanğın söndürülüb.

Qeyd edək ki, R.Şükürov həbsdən ötən gün azad edilib.