Dünən həbsdən çıxan kişi arvadını döydü, evi yandırdı –Masazırda hadisə

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın hadisəsi baş verib.

Hadisəni törədən şəxs Şükürov Ramin yaşadığı evə gəlib həyat yoldaşı Şükürova Mətanəti döyərək ona ağır xəsarət yetirib.

Daha sonra o, evi yandıraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb edilib. Yanğın söndürülüb.

Qeyd edək ki, R.Şükürov həbsdən ötən gün azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik “WhatsApp”da yaranan problemə aydınlıq gətirdi

Sonrakı məqalə

Səudiyyə Ərəbistanının neftayırma zavodu raket hücumuna məruz qalıb