Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Dünya Bankı Cənubi Qafqazda ÜDM-lə bağlı proqnozlarını açıqladı

User 12 Oktyabr 2025 - 13:30 (Last updated: 12 Oktyabr 2025 - 13:16)
bank dunya

Dünya Bankı Cənubi Qafqaz regionunda ÜDM-in sabit artımını növbəti üç il ərzində proqnozlaşdırır.

Trend xəbər verir ki, Dünya Bankının 2025-ci il üzrə oktyabr buraxılışlı hesabatına əsasən, regionun real ÜDM artımının 2025-ci ildə 3,7%, 2026-cı ildə 3,3% və 2027-ci ildə 3,1% olacağı gözlənilir.

Hesabatda həmçinin 2025-ci ilin iyun proqnozları ilə müqayisədə cüzi düzəlişlər qeyd olunur: 2025-ci il üçün +0,1 faiz bəndi, 2026-cı il üçün −0,1 faiz bəndi və 2027-ci il üçün −0,3 faiz bəndi.

Məlumat üçün qeyd edək ki, regionda ÜDM artımı əvvəlki illərdə belə olub: 2022-ci ildə 7,3%, 2023-cü ildə 3,8% və 2024-cü ildə 5,7%.

“Cənubi Qafqaz ölkələrində artımın 2025-ci ildə 3,7% səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ötən ilki 5,7% göstəricisi ilə müqayisədə azalmadır. Bu, Azərbaycanda karbohidrogen hasilatının azalması ilə bağlıdır – 2025-ci ilin birinci yarısında neft hasilatı təxminən 5% azalıb”, – deyə Dünya Bankının ekspertləri bildirirlər.

Dünya Bankının analitikləri həmçinin qeyd edirlər ki, 2022–2023-cü illərdə kəskin artımdan sonra Rusiyadan gələn pul köçürmələrinin normallaşmasına baxmayaraq, regionda pul köçürmələrinin artımı davam edir. Belə ki, Ermənistana daxil olan köçürmələr 2025-ci ilin yanvar–iyul aylarında illik ifadədə 9,2% artıb, Gürcüstana isə 5% artım qeydə alınıb. Rusiyadan gələn köçürmələrin azalması (Gürcüstan üçün təxminən 30%) Avropa İttifaqı və ABŞ-dan göndərilən vəsaitlərin artması ilə kompensasiya olunub.

Hesabatda bildirilir ki, Cənubi Qafqaz ölkələri bərpa olunan enerji və rəqəmsal ixrac xidmətləri sahəsində imkanları ilə fərqlənir. Regionun Orta Dəhlizdəki mövqeyi həmçinin nəqliyyat və logistika xidmətlərinin artımı üçün platforma yaradır.

AzPost.az

Post navigation

Previous: “Qarabağ” dünya reytinqində daha 14 pillə irəliləyib
Next: Amerikalılar Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyir

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 27 Oktyabr 2026 - 10:25
et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27

xƏBƏR

mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45
İspaniya çempionatının vitse-çempionu “Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe Mao Tszedun haqqında səsləndirdiyi fikirlərə görə...
Read more about Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı
Putin Azərbaycanla bağlı açıqlama verdi: “Yaxşı perspektivlər görürük” putin esas
  • Dünya

Putin Azərbaycanla bağlı açıqlama verdi: “Yaxşı perspektivlər görürük”

User 27 Oktyabr 2026 - 18:21
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ prezident administrasiya qebul
  • Sosial

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

User 27 Oktyabr 2026 - 18:17
Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.