Dünya çempionu Deyk Həbibi güləşməyə çağırdı:“Eşitdin, Həbib? Gəl!”

Sərbəst güləş üzrə ikiqat dünya çempionu Kayl Deyk qeyri-adi istəklə diqqət mərkəzinə düşüb. 

79 kq çəkidə çıxış edən ABŞ idmançısı MMA üzrə UFC-nin çempionu Həbib Nurməhəmmədovu görüşə çağırıb.  Sentyabrın 22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda dünya çempionatının finalında, bir il öncə isə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan güləşçisi Cəbrayıl Həsənovu məğlub edən K. Deyk rusiyalı döyüşçü ilə sərbəst güləş qaydaları ilə üz-üzə gəlmək istəyindədir. H. Nurməhəmmədovun ən güclü cəhətinin parterdə güləş olduğunu bilən K. Deyk ona mesaj da göndərib: “Əgər Həbib xalçada mübarizə aparmaq istəyirsə, mən tam razıyam. Eşitdin, Həbib Nurməhəmmədov? Gəl!”. (APA)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Novruz Məmmədov dövlət büdcəsini Prezidentə göndərdi

Sonrakı məqalə

Cəfər Behbudovun cənazəsi Bakıya gətiriləcək? –