Cəfər Behbudovun cənazəsi Bakıya gətiriləcək? –AÇIQLAMA

“Cəfər Behbudovun cənazəsinin Bakıya gətirilməsi ilə bağlı hələlik heç nə deyə bilmərəm. Bu məsələ gün ərzində dəqiqləşdiriləcək”

Bu fikirləri Open.az-a açıqlamasında Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev deyib. Onun sözlərinə görə dəfnlə bağlı hələlik heç nə dəqiqləşdirilməyib.

“Cəfər Behbudov son illər qapalı həyat tərzi keçirib. Heç kimlə münasibət saxlamayıb. Ona görə də cənazənin Bakıya gətiriləcəyi və ya Ukraynada torpağa tapşırılacağı hələ məlum deyil. Amma Cəfərin anası, tanınmış aktrisa Nəcibə Behbudova Bakıda dəfn olunub”.

Xatırladaq ki, ötən gün dünyasını dəyişən Cəfər Behbudov keçən əsrin 80-90-cı illərində Azərbaycan estradasının parlaq simalarından biri olub. Cəfər Behbudovun anası, görkəmli teatr və kino aktrisası Nəcibə Behbudova Musiqili Komediya Teatrında çalışıb. Cəfər Behbudov isə dayısı, görkəmli sənətkar Rəşid Behbudovun sənət yolunu davam etdirərək müğənni olub. 1990-cı illərdən sonra Ukraynaya köçən Cəfər Behbudov ömrünün son illərini Kiyevdə yaşayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya çempionu Deyk Həbibi güləşməyə çağırdı:

Sonrakı məqalə

Sabiq deputat nazir müavinini  “topa tutdu”: