Dünya İqtisadi Forumunun keçiriləcəyi tarix açıqlanıb

16 Sentyabr 2021 - 20:53

Dünya İqtisadi Forumunun (WEF) 2022 -ci ildəki illik toplantısının vaxtı açıqlanıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə təşkilat məlumat yayıb.

Məlumatda bildirilib ki, 2022-ci ildə Dünya İqtisadi Forumunun 17-21 yanvar tarixlərində Davosda keçirilməsi planlaşdırılır.