“Dünya Kremlin bu biabırçı addımını unutmayacaq” –
Dünya ictimaiyyəti Kremlin Ukraynadakı hərbi əməliyyatlarını unutmayacaq.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok Rusiyanın Donbasda xüsusi hərbi əməliyyatlar başlatmasına münasibət bildirərkən deyib. XİN rəhbərinin sözlərinə görə, Rusiya Ukraynaya hücum etməklə beynəlxalq nizamın ən elementar qaydalarını pozub. Berbok Rusiyanın Donbasda hərbi əməliyyatlar keçirməsini biabırçı addım adlandırıb.
Azpost.info
