“Dünya nüvə münaqişəsinə hələ bu qədər yaxın olmamışdı”- BMT Baş Assambleyasının sədri

“Dünya “Karib böhranı”ndan sonra nüvə münaqişəsinə hələ bu qədər yaxın olmamışdı”.

Azpost.info xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kereşi bildirib.

Onun sözlərinə görə, bu, hamı üçün çox ciddi xəbərdarlıqdır.

“Nüvə silahından istifadə variantına getmək olmaz. Bu variant üzv ölkələrin əlində alət kimi qalmamalıdır”, – Kereş deyib.

O, nüvə silahlarının siyasi silah kimi istifadə edildiyi günlərə qayıtmamağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Yeni tədris ilində ölkə məktəblərində 1 milyon 616 mindən çox şagird təhsil alacaq

Sonrakı məqalə

MEDIA VƏ MÜHARİBƏNİN SİMASI