Dünya ölkələrində adamı heyrətə salan müəllim maaşları –Qərbdə pedaqoqlar ayda nə qədər pul alır?( RƏQƏMLƏR)

Rusiyanın “Arqumentı i faktı” saytı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına əsasən dünya ölkələrində ibtidai sinif müəllimlərinin orta aylıq əməkhaqqısı ilə bağlı infoqrafika hazırlayıb.

Azpost.info bildirir ki, 2018-ci ildə ən yüksək aylıq maaş Lüksemburqda (6200 dollar = 10540.00 AZN), ən aşağı aylıq maaş isə Latviyada (1200 dollar = 2040.00 AZN) qeydə alınıb.

Digər ölkələrdə isə vəziyyət belədir: Almaniya – 8571.40 AZN, İsveçrə – 8219.50 AZN, Danimarka – 6939.40 AZN, Avstraliya – 6273.00 AZN, Niderland – 5968.70 AZN, İspaniya – 5781.70 AZN, ABŞ – 5678.00 AZN, Kanada – 5657.60 AZN, İsveç – 5542.00 AZN, Norveç – 5462.10 AZN, İrlandiya – 5178.20 AZN, Finlandiya – 4804.20 AZN, Portuqaliya – 4748.10 AZN, Cənubi Koreya – 4596.80 AZN, Yeni Zelandiya – 4375.80 AZN, Fransa – 4372.40 AZN, Yaponiya – 4329.90 AZN, Yaponiya – 4306.10 AZN, Sloveniya – 4003.50, Türkiyə – 3677.10 AZN, Estoniya – 3141.60 AZN, Çexiya – 3095.70 AZN, İsrail – 3014.10 AZN, Meksika – 2947.80 AZN, Meksika – 2867.90 AZN, Yunanıstan – 2867.90 AZN, Kolumbiya – 2779.50, Polşa – 2284.80 AZN, Braziliya – 2284.80 AZN, Macarıstan – 2060.40 AZN.

Maaşlar manat və dolların 25.10.2019 tarixinə olan məzənnəsinə əsasən qeyd olunub.

Məşhur teatr rejissoru Stanislavskinin sözlərini bir az dəyişsək deyə bilərik ki, “yaxşı təhsil müəllimin maaşından başlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məmurların gəlirləri azaldılmalıdır”

Sonrakı məqalə

Tramp tvitləriylə “Amazon”u “vurdu”