“Məmurların gəlirləri azaldılmalıdır”- Ukrayna Prezidentindən təklif

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin dövlət büdcəsində məmurların gəlirlərinin 10 faiz azaldılması təklifi ilə çıxış edib.

Azərtac yerli mətbuata istinadla xəbər verir ki, V.Zelenski 2020-ci ilin dövlət büdcəsinin müzakirələrindən sonra mətbuata açıqlamasında məmurların gəlirlərinin azaldılması hesabına büdcənin xərclərinin aşağı salınmasının vacibliyini vurğulayıb.

Prezident deyib ki, bunun hesabına əldə edilən gəlirlər büdcənin sosial xərclərinə yönəldilməlidir.

Qeyd edək ki, Ali Rada Ukraynanın 2020-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kərbəla ziyarətində itkin düşən İmişli sakinindən xəbər çıxdı

Sonrakı məqalə

Dünya ölkələrində adamı heyrətə salan müəllim maaşları –