“Dünyada əkin torpaqları uğrunda savaş başlayacaq” –

ABŞ prezidentindən bədbin proqnozlar
28 İyul 2021 - 13:28

Dünyada əkin torpaqları uğrunda münaqişələr başlaya bilər. 

Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Co Bayden kəşfiyyat strukturlarının rəhbərləri və əməkdaşları qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, qlobal istiləşmə ABŞ və bütün dünya üçün qeyri-sabitlik riski yaradır: “İqlim dəyişikliklikləri ilə əlaqadar çağırışlar ölkəmizdə və dünyada qeyri-sabitliyin artmasına səbəb olur. Artıq tez-tez baş verən və getdikcə ölümcül xarakter alan ekstermal hava təzahürləri, ərzaq və su təhlükəsizliyinin olmaması, iqlimin dəyişməsinə səbəb olan dəniz səviyyəsinin artması, miqrasiyanın ciddi şəkildə artması əhalinin aztəminatlı təbəqələri üçün fundamental risk yaradır”.

Baydenin sözlərinə görə, ABŞ hərbçiləri iqlim dəyişikliyini ölkə üçün ən böyük təhlükə sayırlar: “Əgər dəniz səviyyəsi daha 2,5 fut (0,76 m) qalxsa milyonlarla insan miqrasiya edəcək, əkin yerləri uğrunda savaşacaqlar”-deyə ABŞ prezidenti vurğulayıb.

“Siz Şimali Afrikada nə baş verdiyini gördünüz. Qaradərili və ərəb  müsəlmanlar mərkəzi Afrikanın şimalında bir parça qaratorpağa görə bir-birilərini öldürdülər”-deyə Bayden vurğulayıb.