Dünyada 1 həftədə koronavirusdan 100 min ölüm hadisəsi qeydə alınıb.
Bu barədə Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayn bildirib.
ÜST rəsmisi ölüm hadisəsinin dinamik artımı ilə bağlı insanlara xəbərdarlıq edib: “Hazırda epidemioloji vəziyyət dinamik və qeyri-bərabər şəkildə inkişaf edir, gələcəkdə bu hal daha da mürəkkəbləşə bilər”.