Dünyada COVID-19-a yoluxanların sayı 360 milyon nəfəri keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 3 milyon 395 min 352 nəfər koronavirusa yoluxub, 10 min 176 nəfər isə dünyasını dəyişib. Bildirilir ki, yoluxanların ümumi sayı 360 milyon 578 min 392, ölənlərin isə 5 milyon 620 min 865 nəfərə çatıb.