Məşhur sovet kosmonavtı Aleksey Leonov dünyasını dəyişib. Azpost.info TASS-a istinadən bildirir ki,  A. Leonov 86 yaşında vəfat edib. O, bir neçə ay idi ki, səhəti ilə bağlı müalicə olunurdu.  A. Leonov oktyabrın 15-də Mıtışşıda memorial məzarlıqda dəfn olunacaq. A.Leonov dünyada açıq kosmosa çıxan ilk kosmonavtdır.