Dünyada ilk dəfə narkotik aslılığına qarşı vaksin hazırlandı –ABŞ alimlərindən yenilik

ABŞ-ın Hyuston və Yeni Orlean Universitetlərinin elmi-tədqiqat mərkəzlərinin alimləri dünyada ilk dəfə olaraq narkotik aslılığına qarşı vaksin hazırlayıblar. 

Azpost.info bildirir ki, bu barədə “Pharmaceutics” nəşri məlumat yayıb. Alimlər vaksini siçovullar üzərində sınaqdan keçiriblər. Nəticədə aydın olub ki, vaksin fentanil adlı narkotik maddənin siçovulun beyninə daxil olmasını əngəlləyir və asılılığın inkişafına mane olur.

Söhbət xaşxaşdan ağrıkəsici kimi alınan opioid pereparatından gedir. Bu pereparatla bağlı doza həddinin aşınması və ölüm halları artıb. Ekspertlərin fikrincə, narkotik maddələrdən asılılıq müalicə olunan olsa da 80 faiz adamlar bunun residiv halından əzab çəkir.

Tədqiqat zamanı alimlər siçovullara 3 həftə intervalla 3 dozada vaksin vurublar. Gəmiricilərin digər qrupuna isə terapevtiv addım kimi nəzərdə tutulan, heç bir müalicəvi effekti olmayan platsebo həblərini veriblər. Vaksin verilmiş siçovullarda zaman keçdikcə fentanil əleyhinə antielin səviyyəsi yüksəlməyə başlayıb.

Altı həftədən sonra alimlər təsdiq ediblər ki, vaksin fentanilin ağrıkəsici effektini bloklayıb. Yarılma göstərib ki, vaksin siçovulun baş beynindəki fentanilin səviyyəsini aşağı salıb. Tədqiqatçılar siçovulların immun sistemində hər hansı əlverişsiz yan təsir müşahidə etməyiblər.

“Bizim vaksin narkotik maddə olan fentanilə qarşı antitel yaratmaq imkanına malikdir. Onun beyinə keçməsinin qarşısını alır, böyrəklər vasitəsilə xaric olunmasını imkan verir”.-deyə Hyuston Universitetinin dosenti Kolin Heyl bildirib.

Güclü ağrıkəsiçi sayılan fentanilin sintetik opiodu morfidən 100 dəfə güclü heab olunur. ABŞ-da hər gün fentanilin doza həddinin keçiməsi nəticəsində 150 nəfər ölür. Hazırda təddiqatçılar bu vaksini insanlar üzərində sınamağa hazırlaşırlar. Vaksin yalnız narkotik asılılığını aradan qaldırır, ondan tam qurtulmağa kömək etmir.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Noyabrın 25-də bütün pensiya və sosial yardımlar ödəniləcək

Sonrakı məqalə

Prezident Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına müraciət edib