Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Dünyada jurnalist qətllərinin 85 faizinin üstü açılmamış qalır

User 03 Noyabr 2025 - 21:59 (Last updated: 03 Noyabr 2025 - 21:59)
jurnalist

Dünyada jurnalistlərlə bağlı qeydə alınan on qətldən doqquzunun üstü açılmamış qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə qarşı cinayətlərdə cəzasız qalmağa son qoyulması üzrə Beynəlxalq Gün münasibətilə etdiyi müraciətində bildirib.

UNESCO-nun məlumatına görə, 2023-cü ilin avqustundan 2025-ci ilin mayınadək 163 jurnalist qətli qeydə alınıb. Onlardan 12-si qadındır. Onlar əsasən Qəzza (46 hal), Sudan (13 hal) və Ukrayna ərazisində (8 hal) qeydə alınan münaqişə zonalarında həlak olublar.

Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığa son qoyulması üzrə Beynəlxalq Gün BMT Baş Assambleyası tərəfindən 2013-cü ildə təsis edilib və hər il noyabrda qeyd olunur. Bu tarix 2013-cü ildə Malidə qətlə yetirilmiş iki fransız jurnalistin xatirəsinə seçilib. Həmin gün dünya ictimaiyyətinə xatırladır ki, jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq söz azadlığını, demokratiyanı və cəmiyyətin etibarlı informasiya almaq hüququnu sarsıdır.

“Qəzzada jurnalistlərin qətllərini qətiyyətlə pisləyirəm, onların sayının çox olmasından dərin narahatlıq hissi keçirirəm və müstəqil, qərəzsiz araşdırmalar aparılmasına çağırıram”, – deyə Antonio Quterreş vurğulayıb. “Beynəlxalq jurnalistlərin Qəzzaya daxil olmasına maneə yaradan qadağa qəbuledilməzdir”, – deyə o söyləyib.

Jurnalistlərin qətlləri müharibə getməyən ölkələrdə də baş verir. UNESCO-nun məlumatına əsasən, göstərilən dövrdə Meksikada 15 media nümayəndəsi qətlə yetirilib. Jurnalistlərin qətlə yetirilməsinin ən çox təsdiqlənmiş halları ərəb dövlətlərində (82 hal), daha sonra Latın Amerikası və Karib hövzəsi ölkələrində (34 hal), Asiya və Sakit okeanı regionunda (30 hal), Afrikada (5 hal), həmçinin Avropa və Şimali Amerikada (12 hal) qeydə alınıb.

BMT Baş katibi qeyd edib ki, jurnalistlərə qarşı cinayətlərdə qlobal cəzasızlıq səviyyəsi hələ də çox yüksəkdir. 2022-ci illə müqayisədə bir faiz azalma müşahidə olunsa da, jurnalistlərin qətllərinin 85 faizinin üstü açılmamış qalır. Ən yüksək cəzasızlıq Yaxın Şərq və Şimali Afrika regionunda qeydə alınıb, ardınca Asiya–Sakit okeanı regionu və Afrika gəlir. Səbəblər arasında hüquq-mühafizə və məhkəmə sistemlərinin zəifliyi və korrupsiya, siyasi iradənin yoxluğu, eləcə də siyasi xadimlər, korrupsiyalaşmış biznes dairələri və mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr göstərilir.

Təbii ehtiyatların istismar intensivliyinin yüksək, mətbuat azadlığı səviyyəsinin isə aşağı olması arasında da əlaqə mövcuddur. 2013–2021-ci illər ərzində karbohidrogen xammalının 78 faizi, mədən sənayesi məhsullarının 45 faizi və meşə məhsullarının 67 faizi mətbuat azadlığının vəziyyətinin “mürəkkəb” və ya “çox ağır” qiymətləndirildiyi ölkələrdən ixrac olunub.

Ekoloji mövzuları işıqlandıran jurnalistlər tez-tez iri korporasiyaların qanun pozuntuları, dövlət orqanlarındakı korrupsiya və hökumətlər tərəfindən təsdiqlənmiş layihələrin mənfi nəticələri barədə məlumat vermək zərurəti ilə üzləşirlər.

“Jurnalistləri susduranda biz hamımız səsimizi itiririk”, – deyə Antonio Quterreş yekunlaşdırıb.

AzPost.az

Post navigation

Previous: “Nar”da növbəti avtomobil qalibi bəlli olacaq –
Next: Ermənistanda II Qareginin qardaşı oğlu həbs edilib

Oxşar xəbərlər

media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48
kiber firildaq
  • Media

Hakerlər “Yeni Azərbaycan”ın saytına hucum edib – Yazılar silinib

User 12 Noyabr 2026 - 17:47

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.