Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Dünyada kofenin qiymətləri kəskin ucuzlaşıb

User 22 Noyabr 2025 - 13:16 (Last updated: 22 Noyabr 2025 - 13:16)
kofe

Dünyada qəhvənin qiymətləri cümə günü kəskin aşağı düşüb. Buna ABŞ Prezidenti Donald Trampın Braziliyadan idxal olunan kənd təsərrüfatı məhsullarına, o cümlədən qəhvə və kakaoya tətbiq edilən 40 faiz rüsumları ləğv etməsi səbəb olub. Rüsumların ləğvi amerikalı istehlakçıların ərzaq məhsullarının yüksək qiymətlərindən artan narazılığı fonunda baş verib.

AZƏRTAC-ın məlumatına görə, “Reuters/Ipsos”un sorğusunun nəticələrinə əsasən, ABŞ-da pərakəndə qəhvə qiymətləri sentyabr ayında illik ifadədə 40 faiz artıb ki, bu da qismən rüsumlarla bağlı idi. Ərzaq məhsullarının bahalaşması Trampın hakimiyyətə qayıdışından bəri etimad reytinqinin ən aşağı səviyyəyə enməsinə səbəb olan əsas amillərdən biri olub.

Trampın Braziliya idxalına qoyduğu rüsumların ləğvi ilə bağlı qərarı, keçən cümə günü açıqladığı və qəhvə də daxil olmaqla istehsalçı ölkələrdən idxal olunan bir çox kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumların azaldılmasını nəzərdə tutan analoji sərəncamın ardınca verilib. Dünyanın ən böyük qəhvə istehsalçısı olan Braziliya öz qəhvə ixrac həcminin təxminən üçdəbirini dünyanın ən böyük qəhvə istehlakçısı olan ABŞ-a tədarük edir.

Qrinviç vaxtı ilə saat 10:17-də ICE birjasında arabika qəhvəsinin fyuçerslərinin qiyməti 4,6 faiz azalaraq bir funt üçün 3,5925 dollara düşüb. ICE birjası dünyanın fiziki qəhvənin qiymətlərinin müəyyən edilməsi üçün əsas göstərici kimi qəbul olunur.

Bununla belə, arabika məhsulu hələ də defisit olaraq qalır, birja sertifikatları və ehtiyat həcmləri aşağı səviyyədədir, sektor təchizat çatışmazlığı ilə üzləşir və bu səbəbdən alıb saxlamağa məcbur qalır. Həmçinin La-Ninya hadisəsi ilə bağlı hava şəraiti riskləri də qüvvədə qalmaqdadır.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: DİN Ankara Bələdiyyəsinin sədri Mansur Yavaşla bağlı istintaqa icazə verib

Oxşar xəbərlər

Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37

xƏBƏR

menzil
  • Sosial

Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH

User 13 Noyabr 2026 - 16:19
Mənzil kirayəsi ilə bağlı mübahisələr son illər vətəndaşların tez-tez qarşılaşdığı hüquqi məsələlərdən birinə çevrilib. Kirayə haqqının vaxtında...
Read more about Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH
İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır? hormuz tanker
  • Dünya

İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?

User 13 Noyabr 2026 - 14:50
Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər Tibbi Yardım
  • Maraqlı

Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər

User 13 Noyabr 2026 - 14:11
Sabah 22 dərəcə isti olacaq – HAVA Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.