Dünyada koronavirus infeksiyasından ölənlərin sayı 1,7 milyonu ötdü –STATİSTİKA

Dünyada COVID-19 virus infeksiyası səbəbindən ölənlərin sayı 1,7 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı  xəbər verir ki, dekabrın 20-də dünya üzrə 7 min 979 nəfər COVID-19 xəstəsi həyatını itirib. Bununla da infeksiya səbəbindən ölənlərin ümumi sayı 1 milyon 701 min 627 nəfərə çatıb.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirusa 77,2 milyondan çox yoluxma halı qeydə alınıb. Eyni zamanda, 54 milyon 170 min nəfər sağalıb, müalicəsi davam edən 21 milyon 380 min xəstədən 106 min 275 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Koronavirusa yoluxanların təxminən 23 faizi (18 milyon 267 min nəfər) bu göstəriciyə görə liderlik edən Birləşmiş Ştatların payına düşür. Sonrakı dörd yeri tutan Hindistanda 10 milyon 56 min, Braziliyada 7 milyon 238 min, Rusiyada 2 milyon 877 min, Fransada 2 milyon 473 min yoluxma qeydə alınıb.

Koronavirus səbəbindən ölüm hallarının təxminən 19 faizi ABŞ-da qeydə alınıb – 324 min 869 nəfər. Bu göstəriciyə görə ilk beşliyə daxil olan Braziliyada 186 min 773, Hindistanda 145 min 843, Meksikada 118 min 202, İtaliyada isə 68 min 799 nəfər həyatını itirib.

Ümumilikdə dünyada koronavirusa yoluxanların təxminən yarısı (46 faizi) üç ölkənin – ABŞ, Hindistan və Braziliyanın, ölənlərin 45 faizi isə dörd ölkənin – ABŞ, Braziliya, Hindistan və Meksikanın payına düşür

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hazırda itkin düşmüş 40-a yaxın hərbi qulluqçu axtarılır –

Sonrakı məqalə

Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib