Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib.

Fövqəladə hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirus infeksiyasından ölənlərin sayı 1,7 milyonu ötdü –

Sonrakı məqalə

Avropa İttifaqının Dərman Agentliyi “BionTech”-“Pfizer” peyvəndindən istifadəni təsdiqlədi