Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır ki, bunlardan 35-i insanların üzərində sınaqdan keçirilir.
Bunu Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri baş direktoru Tedros Adanom Gebreyesus deyib.
“Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan 35-i insanlarda sınaqdan keçirilir. Dünya tarixində heç bir xəstəliklə əlaqədar bu qədər sürətli araşdırma olmamışdı”, – deyə ÜST-ün rəhbəri qeyd edib.