Dünyada koronavirusdan ölənlərin sayı 5,5 milyon nəfərə çatır

08 Yanvar 2022 - 23:38

Son statistikaya görə, dünyada yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı 5 480 000 nəfərə yaxınlaşıb.

Ölüm göstəricisində ilk yeri ABŞ tutur. Bu ölkədə koronavirus pandemiyası 836 603 nəfərin həyatına son qoyub.
Sonrakı yerləri Braziliya (619 822), Hindistan (483 463), Rusiya (315 400) və Meksika bölüşür (300 101).