Dünyada koronavirusdan yoluxanların sayı 1 milyon 258 minə çatıb

05 Aprel 2020 - 11:55

Dünyada yeni tip koronavirus infeksiyasa yoluxanların sayı 1 milyon 258 min olub.

“Anadolu” agentliyi bildirir ki, bu infeksiyadan 64 min 743 nəfər ölüb.

Hazırda infeksiyanın ən çox yayıldığı ölkə ABŞ-dır (311 min 635 nəfər). Ondan sonra İspaniyada 126 min 168 nəfər, İtaliyada 124 min 632 nəfər, Almaniyada isə 96 min 92 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilir.