“Dünyada qarşıdurmanın yeni məkanı Mərkəzi Asiya olacaq” –Sabiq səfir Ali Bilgə Cankorel

“Dünya geopolitik gücləri arasında qarşıdurmanın yeni məkanı Asiya olacaq”.

Azpost.info bildirir ki, bu sözləri “Türkiye” qəzetinə açıqlamasında Ankaranın Əfqanıstanda və Ukraynadakı səfiri olmuş Ali Bilgə Cankorel deyib. Onun sözlərinə görə, Qırğızıstan və Tacikstan arasında bir müddət əvvəl baş vermiş toqquşmalar diqqəti yenidən bu regiona çəkib.

Cankorel bildirib ki, Asiyada yeni qırılma xətləri və münaqişə zonaları yaradılır:
“Çin Tacikstanda, Özbəkistanda, Qırğızstanda və Qazaxıstanda fəallığını artırıb. Putin Rusiyası Ukraynanın NATO-ya üzvlüyünə özünün mühasirəyə alınması cəhdi kimi baxır. Qərb isə ABŞ-ın rəhbərliyi altında Asiya vasitəsi ilə təhlükə və hədə-qorxu təəssüratı formalaşdırır”.

Bu qarşıdurmanın səbəblərini sadalayan sabiq səfir deyib ki, Asiya öz coğrafi vəziyyətinə və təbii ehtiyatlarına görə, dünya ticarəti üçün həyati əhəmiyyət daşıyır. Cankorel vurğulayıb ki, türk respublikaları özlərini müdafiə etmək üçün hüquq, müdafiə, demokratiya və iqtisadiyyat sahəsində birgə qərarlar qəbul etməlidirlər. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov sabah Türkiyəyə gedir –

Sonrakı məqalə

Azərbaycanda övladlığa götürməyə dair prosedurla bağlı yeni qayda müəyyənləşir