Zakir Həsənov sabah Türkiyəyə gedir –Hansı məsələlər müzakirə olunacaq?

Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək.

Müdafiə Nazirliyi xəbər verir ki, səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələri üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev yenidən prezident seçilən Matterellanı təbrik edib

Sonrakı məqalə

“Dünyada qarşıdurmanın yeni məkanı Mərkəzi Asiya olacaq” –