“Dünya ticarətinin və texnologiyanın qaydalarını Çin deyil, ABŞ və Avropa müəyyən etməlidir”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Co Bayden “The Washington Post” qəzetində dərc olunan məqaləsində bildirib. Məqalə Ağ Ev rəhbərinin “Böyük Yeddilər”in sammitində gözlənilən iştirakına həsr olunub.
Bayden bəyan edib ki, Brüsseldə Avropa Komissiyasının və Avropa Şurasının rəhbərləri ilə görüşəcək. Görüşlərdə Vaşinqton və Avropanın qlobal çağırışlarla bağlı sıx işləmək imkanlarını müzakirə edəcək. “Biz əsas diqqəti ona yönəldəcəyik ki, ticarətdə və texnologiyada qaydaları Çin və ya hər hansı bir digəri deyil, özümüz işləyib hazırlayaq”-deyə Bayden qeyd edib. ABŞ prezidenti vurğulayıb ki, tərəflər vahid, azad və dinc Avropanın mövcuduluğu üçün nail olacaqlar.
Bayden yazıb ki, onun səfəri bu istiqamətdə olan təhlükənin qarşısını almaq üçün imkanların nümayişinə hədəflənib. Onun sözlərinə görə, Vaşinqton “dünyanı güc mövqeyindən idarə etməlidir”. Bura pandemiya ilə mübarizə, güclənən iqlim böhranı ilə bağlı qərar, yaxud Rusiya və Çinin fəallığına zərbə endirəcək müqavimət məsələləri daxildir.