Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Dünyada qızıl ən çox nəyə sərf olunur? –

User 16 Noyabr 2025 - 10:15 (Last updated: 16 Noyabr 2025 - 09:31)
Qızıl

Qızıl

Bəşəriyyətin ilk tanış olduğu metallardan qızılın təyinatı əsrlər boyu çox da dəyişməyib. Dünyada istehsal edilən sarı metalın 49 faizi zinət əşyalarının hazırlanmasına sərf olunur.

Bu məsələ Çin və Hindistan kimi ölkələrdə daha kütləvidir. Bu 2 ölkənin əhalisi ənənəvi olaraq qızıl məmulatları alır və nəsildən-nəslə ötürür.

Bu barədə Dünya Qızıl Şurasının hesabatında bildirilir.

Qeyd olunur ki, dünyadakı qızılın təxminən 20 faizi mərkəzi banklarda saxlanılır. Bu rezervlər ölkələrin maliyyə sabitliyi üçün zəruridir. İqtisadi böhran dövründə qızıl təhlükəsiz liman rolu oynayır.

Qızılın 19 faizi isə birja sövdələşmələrində maliyyə aləti kimi istifadə olunur.

Bu qiymətli metalın 9 faizə qədəri sənaye ehtiyaclarına sərf olunur. Kosmik, elektronika və hərb sənayesində həssas detalların istehsalı üçün qızıl əvəzedilməzdir. Bununla belə, sənayedə istifadə həcminə görə gümüş son 100 ildə hər zaman qızılı üstələyib.

AzPost.az

Post navigation

Previous: “Google” süni intellektə 40 milyard dollar sərmayə qoyacaq
Next: Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü olacaq

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu 40,4 trilyon dollara yaxınlaşdı – 2030-cu ilə yeni proqnoz

User 21 Oktyabr 2026 - 09:59
neft kemer
  • İqtisadiyyat

Azərbaycan 9 ayda neft-qaz satışından 7,78 milyard gəlir əldə edib

User 16 Oktyabr 2026 - 16:14
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Oktyabr 2026 - 09:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.