valyuta
ABŞ-ın dövlət borcu iki ay ərzində daha 400 milyard dollara yaxın artıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, ölkənin dövlət borcu rekord həddə — 40 trilyon dollara çatdıqdan sonra iki ay ərzində daha 400 milyard dollara yaxın artıb. ABŞ-ın dövlət borcu avqustun 19-da 40 trilyon dollar həddini keçib. Oktyabrın əvvəlində bu məbləğə daha 250 milyard dollar əlavə olunub.
ABŞ Maliyyə Nazirliyinin məlumatlarından göründüyü kimi, avqustun sonundan bəri dövlət borclanmasının həcmi 1% artaraq 40,4 trilyon dollara yaxınlaşıb və yeni antirekord qeydə alınıb. Analitiklərin mövcud artım tempinə əsaslanan proqnozlarına görə, 2030-cu ilə qədər ABŞ-ın dövlət borcu 50 trilyon dolları keçə bilər.
ABŞ Konqresinin Büdcə İdarəsi proqnozlaşdırır ki, 2036-cı ildə dövlət borcunun həcmi ölkənin ümumi daxili məhsulunu (ÜDM) 20% üstələyəcək.
