Dünyada son sutkada 206 mindən çox koronavirusa yoluxma qeydə alınıb

06 Avqust 2020 - 01:52

Dünyada son sutka ərzində 206 709 koronavirusa yoluxma qeydə alınıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilib ki, son 24 saat ərzində dünyada COVİD-19-dan 5116 xəstə dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, dünya üzrə ümumilikdə 18 354 342 nəfər koronavirusa yoluxub, 696 147 nəfər ölüb.