Dünyada son sutkada 304 mindən çox koronavirusa yoluxma qeydə alınıb –

ÜST
10 Fevral 2021 - 09:00

Dünyada son sutka ərzində 304 166 nəfər koronavirusa yoluxub, 8021 nəfər ölüb. 

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 106 125 682 yoluxma hadisəsi, 2 320 682 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (154 189) payına düşür. Digər yerləri isə, Avropa (92 152) və Cənub-Şərqi Asiya (22 558) bölüşür.