Planetdə bu gün yaranmış vəziyyət üzündən sülh dövrünün dağılması təhülkəsi var.
Azpost.info bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Planetdə onilliklər boyu davam edən firavan həyatdan sonra yenidən sülh dövrünün dağılmasına səbəb olacaq vəziyyət yaranıb. Qərb siyasətçilərinin bircə yanlış addımı bəşəriyyətin əksəriyyəti üçün sonuncu ola bilər”, – deyə Belarus başçısı Böyük Vətən Müharibəsi və soyqırımı Qurbanlarının Ümummilli Anma Günü ilə bağlı saytında dərc olunmuş müraciətində bildirib.
O vurğulayıb ki, müharibənin dəhşətlərini və qələbənin qiymətini bilən belarus xalqı tarixi həqiqəti qoruyur, öz doğma torpağında sülh naminə dövlət suverenliyini və millətin birliyini möhkəmləndirir.
“Bu gün bütün Belarus 1941-ci il iyunun 22-də baş vermiş faciəli hadisələri xatırlayır. Səhər tezdən başlanan müharibə xaincəsinə yurdumuza soxulub taleləri, ailələri, şəhərləri, kəndləri amansızcasına məhv etdi. Belarus torpağı 3 ildən artıq nasistlərin vəhşiliyi altında inildədi. Ölkənin hər üçüncü sakini bu müharibədə həlak olub”, – Lukaşenko xatırladıb.
Azpost.info
