Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ…” –

User 18 Dekabr 2025 - 19:36 (Last updated: 18 Dekabr 2025 - 19:36)
lukaşenko

Avropa İttifaqı dünyanın dayaqlarından biri kimi mövqeyini itirə və çökə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus xalqına və parlamentinə ünvanladığı müraciətində bildirib. “Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ. Əslində, Avropa İttifaqını da dördüncü dayaq hesab edirəm. Lakin onların daxili parçalanmasını və isterik tələblərini nəzərə alsaq, bu qütb çökə bilər”, – deyə dövlət başçısı vurğulayıb.

Prezidentin sözlərinə görə, yeni cazibə mərkəzi kimi Hindistan da formalaşmaqdadır.

A.Lukaşenko qeyd edib ki, Belarus ilə ABŞ arasında dialoq bəzən sərt və israrlı xarakter daşıyır, lakin bu, güclünün güclü ilə apardığı danışıqlardır.

Belarus sanksiyalara baxmayaraq, ötən beşillik dövr ərzində ixrac üzrə qarşıya qoyulan hədəfə nail olub.

“Biz razılaşdıq ki, sanksiyalara istinad edilməyəcək. Bu mövzuları uzadıb müzakirə etməyə vaxt yox idi, hər bir ixrac rublu uğrunda mübarizə aparmaq lazım idi. 2020-ci ildə ixracın artırılması üzrə plan göstəricisini 50 milyard dollar səviyyəsində müəyyən etdik. Nəticədə biz təkcə bu rəqəmə çatmadıq, eyni zamanda, dünyanın təxminən 190 ölkəsi ilə ticarət əlaqələrini davam etdirdik”, – deyə Belarus lideri vurğulayıb.

AzPost.az

Post navigation

Previous: “Nar” lotereyasında böyük finala az qaldı
Next: Müğənni Aleyna Tilki və digər məşhur şəxslər sərbəst buraxılıb

Oxşar xəbərlər

husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.