Dünyanı şoka salan rəsmi UNO videoları nəyi üzə çıxardı?

Uzun illərdir yalnız fantastik filmlərdə və sui-qəsd nəzəriyyələrində eşitdiyimiz “gizli UNO sənədləri” artıq rəsmən hər kəsə açıqdır.

Azpost.info bildirir ki, ABŞ Müharibə Nazirliyi (Pentaqon), PURSUE (UFO Hadisələrinin Açılması və Hesabatı Sistemi) çərçivəsində onilliklərdir gizli qalan arxivlərin ikinci böyük hissəsini rəsmi dövlət saytında (war.gov/ufo) ictimaiyyətə təqdim edib.

Məxfiliyi ləğv edilmiş sənədlər qısa müddətdə internetdə əsl partlayışa səbəb olub və dövlət resursu cəmi bir neçə gündə 1 milyarddan çox qlobal baxış sayı toplayıb.

Arxivlərdə nələr var? “Sauronun gözü” və Ay sirləri

Yayımlanan 160-dan çox sənəd, onlarla video və fotolar arasında ən çox diqqət çəkən məqamlar bunlardır:

“Sauronun gözü” bənzətməsi: 2023-cü ildə federal işçilər tərəfindən qeydə alınan və məşhur “Üzüklərin hökmdarı” filmindəki od saçan “Sauronun gözü”nə bənzəyən naməlum uçan kürə barədə rəsmi hesabat.

Astronavtların şahidliyi: 1969 və 1972-ci illərdə “Apollo 12” və “Apollo 17” missiyaları zamanı astronavtların Ayın orbitində və səthində qeydə aldıqları, səmada üçbucaq formalaşdıran parlaq “üç nöqtə” və qəfil işıq parlamaları barədə NASA sənədləri.

Suriya və İran üzərindəki obyektlər: Hərbi təyyarələrin termal kameraları tərəfindən Suriya üzərində qeydə alınan “anidən sürətlənən” UNO görüntüləri və 2022-ci ildə İran üzərində suyun üzərində hərəkət edən 4 naməlum obyektin formasiyası.

Pentaqon rəsmiləri bildirirlər ki, bu materialların böyük hissəsi hələ də “həll olunmamış hadisələr” kateqoriyasındadır. Yəni hökumət bu obyektlərin nə olduğunu elmi və hərbi cəhətdən hələ də izah edə bilmir.

Ağ Ev isə bəyan edib ki, gizlədiləcək heç nə yoxdur və yaxın həftələrdə arxivlərin daha bir hissəsi də açılacaq.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.