Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” özünün P2P xidməti vasitəsilə Rusiya vətəndaşlarına rubldan başqa istənilən valyutanın satışını və alışını qadağan edib.
Azpost.info xəbər verir ki, qadağanın nə qədər davam edəcəyi hələlik məlum deyil.
Rusiya vətəndaşları Moskvanın Ukraynaya müdaxiləsindən və onun iqtisadi nəticələrindən sonra “Binance” də daxil olmaqla kriptovalyuta birjalarının P2P xidmətlərindən fəal şəkildə istifadə etməyə başladılar.
Rusiyaya qarşı sanksiyalar müntəzəm SWIFT köçürmələrini də çətinləşdirib.
Steam, PlayStation və Xbox oyun xidmətlərinin istifadəçiləri yeni “Binance” qaydaları ilə ilk üzləşənlər oldular.
Ukraynada müharibə başlayandan sonra bu platformalarda rublla oyun almaq qeyri-mümkün oldu və oyunçular türk hesablarını qeydiyyatdan keçirdilər. “Binance” P2P xidmətində mübadilə etdikləri oyunların pulunu lirə ilə ödədilər.
İndi “Binance”də valyuta əməliyyatı etməyə çalışarkən belə bir mesaj görünür: “P2P ticarəti üçün yerli valyutanızı seçin. Bu, yoxlama zamanı göstərdiyiniz ölkə üçün “Binance” qaydalarına uyğun olaraq tələb olunur”.
“Binance” nümayəndələri hələlik bu qərarı şərh etməyiblər.
Azpost.info