Forbes” jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.
Reytinqə Argentina millisinin və İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi başçılıq edir.
Reytinqdə ilk “10-luq”da aşağıdakı futbolçular yer alıb:
1. Lionel Messi (“Barselona”) – 126 milyon ABŞ dolları;
2. Kriştianu Ronaldu (“Yuventus”) – 117 milyon ABŞ dolları;
3. Neymar (PSJ) – 96 milyon ABŞ dolları;
4. Kilian Mbappe (PSJ) – 42 milyon ABŞ dolları;
5. Məhəmməd Salah (“Liverpul”, İngiltərə) – 37 milyon ABŞ dolları;
6. Pol Poqba (“Mançester Yunayted”, İngiltərə) – 34 milyon ABŞ dolları;
7. Antuan Qrizmann (“Barselona”) – 33 milyon ABŞ dolları;
8. Qaret Beyl (“Real Madrid”, İspaniya) – 29 milyon ABŞ dolları;
9. Robert Levandovski (“Bavariya”, Almaniya) – 28 milyon ABŞ dolları;
10. David De Xea (“Mançester Yunayted”) – 27 milyon ABŞ dolları. (Modern.az)