Dünyanın ən varlı adamı bir gündə 6,9 milyard dollar itirib- SƏBƏB

Forbes jurnalının illik reytinqində liderlik edən “Amazon” internet-reteylerinin qurucusu və rəhbəri Ceff Bezos kompaniyanın kotirovkalarının ucuzlaşması səbəbindən bir gündə 6,9 milyard dollar itirib.

Azərtac CNBC telekanalına istinadla xəbər verir ki, “Amazon” dünən üçüncü kvartalda gəlirlərinin hesabatını təqdim edib. Göstəricilər proqnozlardan aşağı olub və bunun nəticəsində kompaniyanın səhmləri 9 faiz enib.

“Amazon”un 57,6 milyon səhmi Bezosa məxsusdur. Əgər səhmlər ucuzlaşmaqda davam edərsə, Bezosun dünyanın ən varlı insanları siyahısında birinci yeri Bill Qeytsə keçə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elman Rüstəmov inflyasiyadan danışdı:

Sonrakı məqalə

Masallıda istirahət mərkəzinin sahibi saxlanılıb