Elman Rüstəmov inflyasiyadan danışdı:"İdxal mallarının istehlak səbətində payı olduqca yüksəkdir"

Azərbaycanda manatın tam “üzən məzənnə”yə keçid perspektivi inflyasiyanın hədəflənməsi rejiminə keçidindən asılıdır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, inflyasiyanın hədəflənməsi rejiminə keçid pul siyasətinin əsas lövbəri olaraq faiz dərəcələrinə, yəni pulun dəyərinin hədəflənməsinə keçmək mümkün olacaq: “Bu gün açıq demək lazımdır ki, defakto sabit məzənnə inflyasiyanın ən başlıca lövbəridir. Biz bilirik ki, bu gün əhəmiyyətli dərəcədə istehlak malları idxal edirik və onların istehlak səbətində payı olduqca yüksəkdir. Bu gün Azərbaycanda aşağı inflyasiya varsa, onun ən başlıca səbəblərdən biri məzənnə və onun gözləntərinin sabitliyidir”, – deyə E. Rüstəmov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maduro Bakıda ABŞ-a mesaj verdi:

Sonrakı məqalə

Dünyanın ən varlı adamı bir gündə 6,9 milyard dollar itirib