Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb

Finlandiya ardıcıl olaraq dördüncü dəfə dünyanın ən xoşbəxt ölkələri reytinqinə başçılıq edir.

Azpost.info bildirir ki, bu barədə BMT-nin Stabil inkişaf həllərinin axtarışı üzrə bölməsinin “World Happiness Report” məruzəsində deyilir. Reytinqdə dünyanın 149 ölkəsi gözlənilən ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəricilər üzrə qiymətləndirilir.

Ən xoşbəxt 10 ölkə sırasına, həmçinin İslandiya, Danimarka, İsveçrə, Niderland, İsveç, Almaniya, Norveç, Yeni Zelandiya və Avstraliya daxil olub. ABŞ reytinqin 14-cü, Böyük Britaniya 18-ci, Fransa isə 20-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, xoşbəxt ölkələr barədə məruzə ilk dəfə 2012-ci ildə tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan məhkəməsi Serj Sərksiyanın bütün əmlakına həbs qoyub

Sonrakı məqalə

“Baydenin Putin barədə dedikləri dövlət başçısına yaraşmır” –