“Dünyanın həqiqətləri söyləməsi üçün Azərbaycanla mübarizəmizi davam etdirəcəyik” –Çavuşoğlu

“Ermənistan beynəlxalq hüququ tapdalayaraq Yaxın Şərq regionunda yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, beynəlxalq ictimaiyyət bunun belə davam etməyəcəyini bilməlidir.

“Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləməsi üçün Azərbaycanla mübarizəmizi davam etdirəcəyik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib

Sonrakı məqalə

“Ermənistan silahlı bölmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır” –