Düşənbədə yanacaqdoldurma məntəqəsində güclü partlayış olub –

VİDEO
02 May 2021 - 01:34

Tacikistanın paytaxtı Düşənbə şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

RİA Novosti xəbər verir ki, hadisə axşam saatlarında “Zarafşon” mikrorayonunda olub.

Paytaxtın Yanğından Mühafizə İdarəsindən bildirilib ki, partlayış nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiq müəyyənləşməyib.

Alovun tüstüsü 50 metr hündürlüyə çatıb, yaxınlıqdakı evlər zədələnib. Yanğın saat yarımdan çox müddətdə on yanğınsöndürən tərəfindən söndürülüb.

Yaxınlıqdakı Təcili yardım stansiyasına yanıq və digər xəsarətlərlə 15 nəfər müraciət edib.