Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DYP sürücülərə müraciət etdi – Bu yolda hərəkət məhdudlaşacaq

User 20 Noyabr 2026 - 13:05
DYP

DYP

21 noyabr tarixində saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaqdır.

Bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.

Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcəkdir.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzPost.az

Post navigation

Previous: “Trendyol”da “Əfsanə günlər ” başlayır
Next: Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 20 Noyabr 2026 - 13:10
foto esas
  • Sosial

Bir ömrün nurlu hekayəti- Əsl müəllim portreti

User 20 Noyabr 2026 - 11:36
qedesov
  • Sosial

“Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi

User 20 Noyabr 2026 - 10:43

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 20 Noyabr 2026 - 13:10
Noyabrın 21-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabaha olan hava proqnozu
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi sayt online
  • Media

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

User 20 Noyabr 2026 - 13:07
DYP sürücülərə müraciət etdi – Bu yolda hərəkət məhdudlaşacaq DYP
  • Sosial

DYP sürücülərə müraciət etdi – Bu yolda hərəkət məhdudlaşacaq

User 20 Noyabr 2026 - 13:05
“Trendyol”da “Əfsanə günlər ” başlayır 1200x800 (1)
  • Media

“Trendyol”da “Əfsanə günlər ” başlayır

User 20 Noyabr 2026 - 12:43
“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov

User 20 Noyabr 2026 - 12:04
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.